futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Çempionlar Liqasının II turunun oyunlarına yekun vurulub.
Futbolpress.az xəbər verir ki, “Liverpul” bu raundda Avstriyada LASK-a qalib gəlib – 6:3.
Bu, Çempionlar Liqasında ilk belə hesabdır. Turnirdə birinci dəfə səfərdə oynayan komanda 9 qolun vurulduğu matçda qalib gəlib.
Bunadək iki dəfə 6:3 hesabı qeydə alınıb. Lakin həmin görüşlərdə meydan sahibləri qələbəyə sevinib.
“Liverpul” 2 turdan sonra 6 xalla 5-ci sıradadır. LASK isə xalsızdır və 33-cü pillədə qərarlaşıb.