Səfər oyununa hələ belə gedən olmamışdı Video

26.04.2026

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Səfər oyununa hələ belə gedən olmamışdı - Video

Türkiyənin həvəskarlar liqasında yarışan “Hakkari Zap Spor” qəribə hadisə ilə üzləşib.

QOL.az rudaw.net saytına istinadən xəbər verir ki, avtomobil yolunun torpaq sürüşməsi səbəbindən bağlanması nəticəsində komandanın avtobusu yolda qalıb. Bildirilir ki, kollektiv “Doğubayazıt” Futbol Klubu ilə oyun üçün Ağrı şəhərinə yollanırmış. Komanda federasiyadan matçın təxirə salınmasını xahiş etsə də, bu istək qəbul edilməyib.

Bu səbəbdən futbolçular, məşqçilər heyəti və personal çantalarını çiyinlərinə götürərək çətin relyefi olan ərazini piyada keçməyə məcbur olub.

Yolun bağlanması səbəbindən heyət daha sonra səfərinə yük maşınının arxa hissəsində davam edib.

View this post on Instagram

A post shared by Qol.az (@qolaz)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью