“Səfər zamanı gələcəyə yönəlik strateji hədəflər açıqlandı”

22.08.2025

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Dövlət başçımızın Kəlbəcər səfəri zamanı çıxışında Azərbaycanın suverenliyinin tam bərpası, Laçın dəhlizinə nəzarətin ələ alınması, 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı nəticəsində separatizmin ləğv edilməsi mühüm tarixi mərhələ kimi qiymətləndirildi. Prezident vurğuladı ki, Azərbaycan yalnız hərbi qələbə ilə kifayətlənməyib, həm də regionda sülh gündəliyinin müəllifi kimi çıxış edir”.

Bunu xalqcəbhəsi.az-a açıqlmasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.

Z.Qarayeva bildirib ki, səfər zamanı həmçinin gələcəyə yönəlik strateji hədəflər də açıqlanıb: “Zəngəzur dəhlizinin açılması, Naxçıvanla birbaşa quru əlaqəsinin qurulması, ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsi və regionda yeni reallıqların qəbul etdirilməsi Azərbaycanın qarşıya qoyduğu əsas vəzifələr kimi göstərildi”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью