Səfərbərlik iddialarından sonra xaricə üz tutdu

04.11.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Bolqarıstanın “Fratriya” klubu ukraynalı vinger Vladislav Vakulanın transferini elan edib.

Futbolpress.az xəbər verir ki, II Divizion təmsilçisi 27 yaşlı futbolçunun keçidini müəyyən gecikmə ilə açıqlasa da, hücumçu artıq komandada debüt etməyə imkan tapıb. O, “Montana”ya 1:2 hesabı ilə uduzduqları matçın 77-ci dəqiqəsində əvəzetmədən meydana daxil olub.

Karyerası ərzində “Şaxtyor”, “Zorya”, “Mariupol”, “Minay”, “Polissya”, “Çernomorets”, “Vorskla” və “Stal Kamenskoye” kimi Ukrayna klublarının şərəfini qoruyan Vakula ölkə çempionatlarında ümumilikdə 126 oyunda 12 qol vurub və 10 məhsuldar ötürmə edib.

Xatırladaq ki, 2025/2026 mövsümünün sonunda “Zorya”dan ayrılan vingerin yay aylarında Ukrayna Silahlı Qüvvələrinin cərgələrinə səfərbər olunduğu barədə xəbərlər yayılmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью