Səfərbərlikdə qaydalar yumşaldılır

04.07.2026

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Rusiya hakimiyyəti müqaviləli hərbçilərin və səfərbərliklə çağırılan şəxslərin tibbi müayinəsi qaydasının dəqiqləşdirilməsini təklif edib və yararlılığın məcburi yoxlanılmasının ləğvini nəzərdən keçirir.

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi müqaviləli hərbçilərin və səfərbərliklə çağırılanların tibbi müayinəsinin yalnız xəsarət və ya müəyyən xəstəliklər olduqda aparılmasını təklif edir.

Hazırda isə müqavilə bağlanmazdan və ya səfərbərlik çağırışı zamanı tibbi müayinə məcburidir.

Dəyişikliklər 28 mart 1998-ci il tarixli 53-FZ saylı “Hərbi vəzifə və hərbi xidmət haqqında” federal qanunun 5.1-ci maddəsinə edilir və hökumət tərəfindən təqdim edilən qanun layihəsində yer alır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью