Səfərdə “Napoli” ilə matçda “Qarabağ”ı 1000 dən çox azarkeş dəstəkləyəcək

24.11.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Qarabağ” komandasını İtaliyada “Napoli”yə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununda 1000-dən çox azarkeş dəstəkləyəcək.

Bu barədə “Report”a “köhlən atlar”ın Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.

“Napoli”yə qarşı matçda tribunada 1100 azərbaycanlı fanat olacaq”, - klub rəsmisi vurğulayıb.

Qeyd edək ki, “Napoli” - “Qarabağ” matçı noyabrın 25-də “Stadio Diego Armando Maradona” stadionunda, saat 00:00-da start götürəcək.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью