Səfərdə onlar kimisi yoxdur “Qarabağ” və “Neftçi” fərqi

11.11.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misli Premyer Liqasında I dövrəyə yekun vurulub.

Futbolpress.az-ın məlumatına görə, lider “Neftçi” səfər oyunlarında ən çox xal toplayan komandadır. Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv qonaq olduğu 6 matçda 4 qələbə qazanıb, 1 heç-heçə edib, 1 dəfə uduzub. Bakılılar 10 turda səfərdə 13 xal toplayıb. 15 qol vuran paytaxt təmsilçisi 9-nu da buraxıb.

Bu göstəricidə ikinci sırada “Sabah” qərarlaşıb. “Bayquşlar” “Neftçi”dən bir oyun daha az keçirib.Valdas Dambrauskasın başçılıq etdiyi komanda 5 matçda 3 qələbə qazanıb, 1 heç-heçə edib, 1 dəfə uduzub. “Sabah”ın xal qazancı 10-dur. “Futuristlər” bu matçlarda 10 qol vurub, 3-nü buraxıb.

“Üçlüy”ü “Qarabağ” tamamlayır. Yayda heyətdə ciddi dəyişiklikər edən “atlılar” bu mövsüm səfərdə uduzmayan yeganə kollektivdir. Qurban Qurbanovun “drujinası” 5 oyunda 2 qələbə qazanıb, 3 dəfə heç-heçə edib. 4 qol vuran komanda qapısında 1 top görüb.

Çempionatda səfər matçlarında qələbəsi olmayan üç kollektiv var. “Sumqayıt”, “Zirə” və “Araz-Naxçıvan” bu göstəricidə müvafiq olaraq 10, 11 və 12-ci sıradadır. “Araz-Naxçıvan” 1, digər iki kollektiv isə hərəyə 2 xal toplayıb.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью