Səfərdə oynamaq daha çətindir Azər Bağırov

12.09.2026

Icma.az, Sportal.az saytına istinadən bildirir.

Misli Premyer Liqasının V turu çərçivəsində "Şamaxı" səfərdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Şamaxı"nın baş məşqçisi Azər Bağırov matç haqda fikirlərini bildirib:

"Çox çətin oyun keçəcəyini düşünsək də, futbolçular yaxşı oyun keçirdilər. Sadə səhvdən qapımızda qol gördük. Belə hallar olması futbolda normaldır. Səfərdə oynamaq daha çətindir. Səhvlərimiz üzərində çalışıb daha yaxşı nəticə göstərmək üçün əlimizdən gələni edəcəyik. "Araz-Naxçıvan"la növbəti matçda psixoloji cəhətdən sıxıntımız olacağını düşünmürəm".

Orxan Həsənquluyev

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью