Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qazaxıstana dövlət səfəri iki qardaş ölkə arasında dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edən mühüm hadisədir.
Bu səfər həm siyasi, həm də iqtisadi baxımdan ikitərəfli əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcıdır".
Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, Azərbaycan və Qazaxıstan ortaq tarixi, mədəni və mənəvi dəyərlərə malik olan, türk dünyasının iki aparıcı dövlətidir: “Hər iki ölkə xalqları arasında qardaşlıq münasibətləri dərin köklərə əsaslanır.
Bu baxımdan, Azərbaycan və Qazaxıstan prezidentlərinin qarşılıqlı səfərləri sadəcə diplomatik və siyasi görüşlər deyil, eyni zamanda qardaşlıq və mənəvi yaxınlığın təntənəsi kimi dəyərləndirilir.
Bu səfərlər iki ölkə arasında tarixi dostluğun, sarsılmaz etimadın və qarşılıqlı dəstəyin bariz göstəricisidir.
Dövlət başçılarının bir-birinə olan səmimi münasibəti, xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfə, türk həmrəyliyinin daha da güclənməsinə şərait yaradır”.