Səfərlərin ən uğursuzu “Kəpəz”

27.01.2025

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Kəpəz” Azərbaycan çempionatlarında 150-ci səfər məğlubiyyətini alıb.

Futbolpress.az PFL-ə istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının XX turuna təsadüf edib. Gəncə klubu “Səbail”ə 0:1 hesabı ilə uduzub.

Qərblilər ölkə çempionatları tarixində ən çox səfər məğlubiyyəti alan komandadır. “Kəpəz”in rəqib meydanından xalsız döndüyü ilk qarşılaşma 1992-ci il iyunun 27-də “Turan”la matça təsadüf edib – 0:1.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью