Səfərov Şamaxını Qarabağa dəyişdi

15.01.2025

Fanat saytına istinadən Icma.az xəbər verir.

“Şamaxı”dan ayrılan Qurban Səfərovun karyerasını davam etdirəcəyi bəlli olub.

Fanat.Az xəbər verir ki, gənc futbolçu  “Qarabağ”ın əvəzedici komandasında oynayacaq.

Səfərov “Operativ Media”ya açıqlamasında xəbəri təsdiqləyib. O, 1-ci Liqa klublarından təkliflərinin olduğunu, amma, orada çıxış etmək istəmədiyini bildirib.

20 yaşlı yarımmüdafiəçi “Şamaxı”nın yetirməsidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью