Səfəvi abidəsi “Xələt puşan” məhv olur

13.03.2025

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Təbrizdə yerləşən məşhur “Xələt puşan” tarixi abidəsi baxımsızlıq ucbatından məhv olmaq üzrədir.

Kult.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, Mədəni İrs Təşkilatı abidənin təmiri və qorunmasına vəsait ayırmır.

Qeyd edək ki, “Xələt puşan” tarixi qülləsi Səfəvilər dövründə inşa edilib və 8 sentyabr 1998-ci ildə milli əsərlər siyahısında qeydyyata alınıb.

Səfəvilər dövründə keşikçi qülləsi kimi istifadə olunan binada Qacarlar dövründə hökumət məmurlarının təltf edilməsi, onlara xalat bağışlanması mərasimləri keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью