Səfəvi hökmdarının tikdirdiyi məşhur Gülüstan sarayı da dağıdıldı

03.03.2026

Icma.az, Lent az saytına istinadən bildirir.

ABŞ və İsrail aviasiyası İranın paytaxtı Tehrandakı Gülüstan sarayını da hədəfə alıb.

Lent.az MOUZE telegram kanalına istinadla bildirir ki, aviazərbələr nəticəsində saray ciddi zərər görüb. Raket zərbələrinin əks-sədası tarixi abidənin içərisini və şüşələrini dağıdıb.

Qeyd edək ki, Gülüstan sarayı Səfəvi hökmdarı birinci Təhmasibin dövründə tikilib. Abidə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.

https://t.me/mouzeiran/9732

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью