Şəfiqə Axundova kimdir? Sənətinə görə ailəsi dağılan bəstəkar BİOQRAFİYA | Icma.az
Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir. Bu gün Xalq artisti Şəfiqə Axundovanın doğum günüdür.
Lent.az “Bioqrafiya” rubrikasında bəstəkar haqqında məlumat verir. - Şəfiqə Axundova nə vaxt və harada anadan olub?
Şəfiqə Axundova 21 yanvar 1924-cü ildə Şəki şəhərində anadan olub. - Şəfiqə Axundovanın doğum günü ilə bağlı maraqlı hansı hadisə baş verib?
Şəfiqə Axundovanın doğulduğu gün Sovet İttifaqının rəhbəri Vladimir Lenin vəfat etmişdi və bu xəbər bütün ölkədə yasa səbəb olmuşdu.
Yeni körpənin dünyaya gəldiyi vaxt ailə üzvləri və qohumlar Leninin vida mitinqinə tələsdikləri üçün ananın yanında cəmi bir-iki nəfər qalmışdı.
Şəfiqə xanımın anası bu vəziyyəti görüb körpəsinə tərəf üz tutaraq təəssüflə, “Can bala, nə pis gündə dünyaya gəldin…” – deyə söyləmişdi.
- Şəfiqə Axundovanın ailəsi və uşaqlıq illəri barədə nə məlumdur?
Şəfiqə xanım qədim Şəki şəhərinin sayılıb-seçilən Axundovlar nəslində dünyaya göz açıb.
Tam oxu
Xəbəri oxu