Şəfiqə Məmmədova AKİ yə sədr seçildi

11.09.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri seçilib. 

“Qafqazinfo” xəbər verir ki, seçki bu gün Nizami Kino Mərkəzində baş tutan konfransda olub. 

Qeyd edək ki, AKİ-nin sədri, Xalq artisti Rasim Balayev bu il martın 29-da vəfat edib. Bundan sonra AKİ sədrinin səlahiyyətlərini 81 yaşlı Şəfiqə Məmmədova icra edib. 

Lamiyə Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью