Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 27 yanvar, AZƏRTAC
Bu gün, - Holokost qurbanlarının Beynəlxalq Anım Günündə, - biz həm bəşər tarixində, həm də yəhudi xalqının tarixində misli görünməmiş bir faciəni ehtiramla yad edirik. Holokostdan zərər çəkmiş ailənin nümayəndəsi olaraq bu gün mənim üçün təkcə tarixi bir gün deyil, həm də dərin şəxsi məna daşıyır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində İsrail Dövlətinin ölkəmizdəki səfiri Ronen Krausz deyib.
O, həmçinin qeyd edib: “Atam Holokostdan sağ çıxmış bir insan olub. Ona görə bu günün mənəvi ağırlığı mənim üçün xüsusilə böyükdür.
Bəşəriyyət bu faciədən dərs çıxarmalıdır. Belə dəhşəti faciələrin bir daha heç vaxt təkrarlanmaması üçün əlimizdən gələni etməliyik. Bu, yalnız yəhudi xalqına qarşı deyil, heç bir millətə, icmaya və ya fərdin özünə qarşı baş verməməlidir”.
Səfir vurğulayıb ki, eyni dərəcədə mühüm olan digər bir məsələ antisemitizmin dünyada heç bir yerinin olmamasıdır. O, nə keçmişdə qəbul olunan idi, nə bu gün qəbul edilə bilər, nə də gələcəkdə mövcudluğuna icazə verilməlidir. Antisemitizm və ya ayrı-seçkiliyin bütün digər formaları köklü şəkildə aradan qaldırılmalıdır.