Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Növbəti həftədən etibarən Bakı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək.
BMT-nin Baş katibi Antoni Quterreşlə yanaşı, Konvensiyanın tərəf dövlətlərindən 80-ə yaxın dövlət və hökumət başçısının konfransda iştirak üçün Bakıya təşrif buyurması gözlənilir.
29-cu konfransdan liderlərin və bütövlükdə dünyanın gözləntisi isə iqlim maliyyəsi probleminin həlli istiqamətində qərarın qəbul edilməsidir.
Qarşıya qoyulan hədəflərə çatma yolunda isə Azərbaycan tərəfi COP28-in ev sahibi olmuş Birləşmiş Ərəb Əmrlikləri (BƏƏ) və COP30-un keçiriləcəyi Braziliya sədrlikləri ilə sıx əməkdaşlıq içərisindədir.
COP Sədrlikləri Üçlüyünü formalaşdıran bu tərəflər hazırda həm də ötən il qəbul olunmuş BƏƏ Konsesusunun iştirakçı ölkələr tərəfindən icrası üçün çalışırlar.
BƏƏ-nin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi “Report”a müsahibəsində COP29 çərçivəsində iki ölkənin əməkdaşlığı, konfransdan gözləntiləri, iqlim hədəflərinə nail olma yolunda atılan addımlar və digər məsələlər bağlı sualları cavablandırıb: - Cənab səfir, ilk olaraq fəaliyyətə başladığınız dövrdən etibarən Azərbaycanın sizdə yaratdığı təəssüratları bizimlə bölüşməyinizi istərdik.
- Azərbaycan, həqiqətən də, unikal və heyranedici bir ölkədir.