Səfir: Azərbaycanın iştirakı ilə aktiv fəaliyyət göstərən Orta Dəhlizin multimodal struktura çevrilməsi vacibdir

28.01.2026

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 27 yanvar, AZƏRTAC

Türkiyə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (Orta Dəhliz) ABŞ və Avropa İttifaqının marağının böyük olmasını nəzərə alaraq onun genişləndirilərək inkişaf etdirilməsini təklif edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin Türkmənistandakı səfiri Əhməd Dəmirok Aşqabadda keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu marşrut praktiki və təhlükəsizliyi ilə fərqlənmir və beynəlxalq tərəfdaşların marşruta marağı artmaqda davam edir.

Diplomat nəzərə çatdırıb ki, Türkmənistan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafında və fəaliyyətində mühüm rol oynayır.

“Bu marşrut Türkiyə ilə Mərkəzi Asiya respublikaları arasında ticarət əlaqələrinin genşilənməsini şərtləndirir. Eyni zamanda, Türkmənistan məhsullarının Avropa bazarlarına çıxarılmasını üçün əhəmiyyətli rol oynayır. Azərbaycanın işkirakı ilə aktiv fəaliyyət göstərən Orta Dəhlizin multimodal struktura çevrilməsi vacibdir və bu istiqamətdə müvafiq işlərə başlanılıb”, - deyə səfir əlavə edib.

Ə. Dəmirok Türkmənistanın Xəzərə dənizi sahilindəki limanlarının əhəmiyyətini də qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью