Səfir: Çin ABŞ ilə müharibə vəziyyətində olan İrana heç bir hərbi dəstək verməyib

15.10.2026

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ və İsrail İslam Respublikasına qarşı əməliyyatlara başlayandan bəri Çin İrana heç bir hərbi dəstək göstərməyib.

Moderator.az xəbər verir ki, bu barədə Vaşinqtondakı Çin səfirliyinin açıqlamasında bildirilib.

"Çin bu məsələ ilə bağlı mövqeyini dəfələrlə açıq şəkildə bildirib. Bu məlumat yalandır və tamamilə faktiki əsasa malik deyil"', deyə səfirlik Amerika mediasında Çinin İrana hərbi yardım göstərməsi ilə bağlı iddialara cavab olaraq qeyd efib: "Müharibənin başlanğıcından bəri Çin İrana heç bir hərbi dəstək göstərməyib".

Səfirlikdən əlavə edilib ki, Çin məsuliyyətli bir dövlət olaraq həmişə sülh üçün çalışır: "Pekin bütün tərəfləri Fars körfəzi bölgəsində sülhün tezliklə bərpası kursuna sadiq qalmağa çağırır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью