Səfir: Çin və Azərbaycan “Hərtərəfli Birgə Fəaliyyət Planı” çərçivəsində qlobal sivilizasiya dialoqunu dəstəkləyir

10.06.2025

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

"Bu ilin aprelində Çin sədri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyev "Hərtərəfli Birgə Fəaliyyət Planı" imzalayıblar. Bu planda Azərbaycanın qlobal sivilizasiya təşəbbüsünü dəstəklədiyi qeyd olunub".

Bu fikirlərlə brifinqdə Çinin Azərbaycandakı səfiri Lu Mey çıxış edib.

O vurğulayıb ki, planda tərəflərin bir-birinin qlobal sjvilizasiyalararası dialoqun dəstəklənməsinə yönələn səylərini dəstəklədiyi, Çinin isə Azərbaycanın "Bakı təşəbbüs" adlanan planına, o cümlədən bütün qlobal forum və platformalardakı təşəbbüslərinə hərtərəfli dəstək verdiyi açıq şəkildə bəyan edilib:

"Hər iki ölkənin birgə səyləri nəticəsində sivilizasiyalararası mübadilənin dəstəklənməsi, Azərbaycanın isə BMT çərçivəsində Çinin irəli sürdüyü təşəbbüslərə dəstəyi, habelə bu təşəbbüsləri birgə irəliləməsi son dərəcə vacibdir. Həmin səy və təşəbbüslər ölkələr arasındakı qarşılıqlı münasibətlərdə hər hansı maneələrin dəf edilməsinə, habelə münaqişələrdən imtinaya və birgə dostluq və əməkdaşlığa yönəlib".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью