Səfir: Gəncə ilə tanışlıq Azərbaycanın zəngin tarixi və mədəni irsi haqqında çox məlumat verdi

11.12.2024

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gəncənin ən ecazkar yerlərini, o cümlədən Nizami Gəncəvi, İmamzadə və Cavad Xan məqbərələrini, Xan Bağını, Şah Abbas məscidini, və unikal Şüşə Ev Muzeyini görmək inanılmaz bir təcrübə oldu.

"Report" xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Gəncəyə səfəri ilə bağlı paylaşımda deyilir.

Təəssüratlarını bölüşən diplomat deyib ki, bunlarla tanışlıq Azərbaycanın zəngin tarixi və mədəni irsi haqqında daha çox məlumat verdi:

"Həqiqətən də unudulmaz təəssüratlar yaşadıq!"

Qeyd edək ki, ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi səhhəti ilə əlaqədar diplomatik xidmətdən istefa verib. O, 2024-cü təqvim ilini başa vurduqdan sonra istefaya çıxacaq.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью