Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"TRIPP layihəsinin həyata keçirilməsi mexanizmləri Ermənistanın milli suverenliyini təmin etməli və xarici qüvvələrin mövcudluğunun qarşısını almalıdır".
"Yeni Sabah" xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Xəlil Şirqolami bildirib.
O, Tehranın ABŞ hərbi qüvvələrinin İran sərhədləri yaxınlığında olmasına qarşı çıxdığını xatırladıb: Marqarita pizza
"İran TRIPP layihəsinin mümkün ssenariləri ilə bağlı narahatlıqlarını açıq şəkildə dilə gətirib və mümkün çətinliklərin Tehranla İrəvan arasında dialoq və əməkdaşlıq yolu ilə həll edilə biləcəyinə inanır."
Səfir rəsmi İrəvanın iki ölkə arasında ortaq sərhəddə heç bir xarici qüvvənin olmayacağına dair zəmanətinə istinad edib:
"Sərhədimizin yaxınlığında heç bir ABŞ hərbi qüvvəsinin olmasını qəbul etmirik. Hətta bir Amerika əsgərinin belə mövcudluğunu təhlükə hesab edir və buna dözməyəcəyik."