Səfir: Hindistan heç bir halda super güc deyil

08.05.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

“Hindistanda davamlı olaraq qeyri-qanuni barbarlıq aksiyaları baş verir, dünya isə susur. Necə ki, illər boyu Ermənistan-Azərbaycan münaqişəsi davam etdiyi müddətcə susmuşdular, indi də eyni yanaşmanı nümayiş etdirirlər”.

Bakıvaxtı.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasim Mohiuddin deyib.

O bildirib ki, münaqişənin həlli üçün dünyanın aparıcı dövlətləri səthi deyil, vahid mövqedən çıxış etməlidir:

“Hindistan hökuməti müsəlmanlara qarşı qeyri-insani addımlar atır. Bu məsələyə münasibətdə beynəlxalq hüquqa və prinsiplərə əməl olunmur. Hindistan əslində heç bir halda super güc deyil. Bunu biz anlayırıq, onu dəstəkləyənlər də anlamalıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью