Səfir: İqtisadi əlaqələr Xəzər sammitinin real nəticəsi olmalıdır

18.11.2025

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İqtisadi əlaqələr Xəzər sammitinin real nəticəsi olmalıdır.

"Yeni Sabah" IRNA-ya istinadla xəbər verir ki, bunu İranın AZərbaycandakı səfiri Müctəba Dəmirçilu deyib.

"Bu görüşləri keçirməklə mövcud imkanları daha yaxşı başa düşməli və gələcəkdə müxtəlif sektorlarda qarşılıqlı əlaqələrə malik olmalıyıq ki, bir-birimizin maraqlarından faydalana bilək. İran və Azərbaycan arasında ikitərəfli qarşılıqlı əlaqələrin böyük bir hissəsi, xüsusən, iqtisadi və nəqliyyat sahələrində Gilan vilayətinin imkanlarına əsaslanır.

Ümid edirik ki, bu imkanların inkişafı ilə, xüsusən, dəmir yolu əlaqəsindən sonra Gilanın iki ölkə arasındakı əlaqələrdəki rolu və statusu daha da artacaq", - deyə səfir Xəzər dənizi ölkələrinin sahilyanı vilayətləri rəhbərlərinin görüşündə vurğulayıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью