Səfir: İranRusiya tərəfdaşlıq sazişi 47 maddədən ibarətdir

13.01.2025

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

"Moskva və Tehran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi 47 maddədən ibarətdir və ikitərəfli əməkdaşlığın bütün sahələrini əhatə edir".

Bizimyol.info  xəbər verir ki, bunu ölkə mətbuatına açıqlamasında İran İslam Respublikasının Rusiya Federasiyasındakı səfiri Kazım Cəlali deyib.

“Bu saziş preambulası 47 maddədən ibarətdir və ikitərəfli əməkdaşlığın bütün sahələrini əhatə edir”,- deyə  Cəlali İranın dövlət televiziyasına bildirib.

Səfir: “İki ölkənin xarici işlər nazirləri sazişi yeniləmək və yeni bir layihə hazırlamaq üçün İran İslam Respublikasının layihə hazırlaması barədə razılığa gəliblər. Layihəni hazırladıq və Rusiya tərəfinə verdik. Onun hazırlanması təxminən iki il yarım-üç il çəkdi, razılıq əldə olunana qədər çoxlu görüşlər, müzakirələr oldu, çoxsaylı dəyişikliklər edildi, nəhayət, ümumi razılaşmaya nail olundu”, - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью