Səfir: İtaliya Azərbaycan Universiteti ölkələr arasında dostluğun təzahürüdür

30.01.2025

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İtaliya-Azərbaycan Universiteti ölkələr arasında dostluğun təzahürüdür.

“Report” xəbər verir ki, bunu İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində yeni ixtisasların açılış mərasimində bildirib.

Diplomat qeyd edib ki, layihə sürətlə və səmərəli şəkildə həyata keçirilir.

"ADA Universitetinin professor və tələbələrinə minnətdarlığımı bildirmək istərdim. Bakıda İtaliya universiteti layihəsi reallığa çevrilir. Geriyə baxanda təməlqoyma mərasiminin cəmi üç il əvvəl keçirildiyinə inanmaq çətindir", - səfir qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью