Səfir: Malayziya universitetləri getdikcə daha çox azərbaycanlı tələbəni qəbul edir | Icma…
Icma.az, Qaynarinfo saytına istinadən bildirir. Azərbaycan-Malayziya ikitərəfli münasibətləri getdikcə güclənir.
"Report" xəbər verir ki, bu barədə Malayziyanın Müstəqillik Günü münasibətilə Bakıda keçirilən qəbulda bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Mohd Riza deyib.
"1993-cü ildə diplomatik münasibətlər qurulduqdan bəri bir çox sahələrdə əməkdaşlıq inkişaf etdirilib.
Bu il apreldə Malayziyanın xarici işlər nazirinin müavini Azərbaycana səfər edərək ikinci ikitərəfli siyasi məsləhətləşmələrə rəhbərlik edib.
Bu məsləhətləşmələr hər iki ölkəyə halal sənaye, İslam maliyyəsi, bərpa olunan enerji, neft-qaz və qida sektorları kimi gəlirli sahələrdə yeni əməkdaşlıq imkanları yaradıb.
Məqsədimiz qarşılıqlı fayda naminə ticarət, investisiya və bilik mübadiləsini artırmaqdır.
Azərbaycan tərəfindən də yüksək səviyyəli səfərlərin sayı artıb ki, bu da əlaqələrimizin dərinləşməsinin göstəricisidir.
Malayziya həmçinin 2026-cı ilin mayında Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumun və iyun ayında keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Sammitində yüksək səviyyədə iştirak etməyi səbirsizliklə gözləyir".
Tam oxu
Xəbəri oxu