Səfir: Orta Dəhliz həm sülh, həm də ticarət üçün vacibdir

07.10.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Orta Dəhliz sülh prosesi üçün də böyük əhəmiyyət kəsb edir, çünki söhbət Azərbaycanın Ermənistan üzərindən Türkiyə və Avropa İttifaqı ilə birləşməsindən gedir.

APA-Economics" məlumatına görə, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann “Alman-Azərbaycan İxrac Maliyyə Konfransı 2025” çərçivəsində keçirilən mətbuat konfransında deyib.

“Biz Azərbaycanın artıq yollar, dəmir yolları, limanlar və ümumilikdə ticarət üçün son dərəcə vacib olan infrastruktur sahəsinə yatırdığı bütün investisiyaları yüksək qiymətləndiririk. Bu, həm də alman şirkətləri – istər ixracatçılar, istərsə də investorlar üçün bu artıq formalaşmış müsbət tendensiyanı dəstəkləmək baxımından yaxşı imkandır”, – R. Horlemann vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью