Səfir: Qəzza konfransı nəticə vermədi

30.07.2025

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında keçirilmiş Yaxın Şərq sülh konfransı Qəzza zolağında döyüşlərə son qoymaqla bağlı heç bir praktiki nəticə vermədi.

“Report” xəbər verir ki, bunu Fələstinin Avstriyadakı səfiri və Vyanda BMT-nin daimi müşahidəçisi olan Salah Abdel Şafi “RİA Novosti”yə müsahibəsində deyib.

Onun sözlərinə görə, forumun siyasi əhəmiyyətinə baxmayaraq, əsas məsələlərdə real irəliləyiş əldə olunmayıb.

Şafi həmçinin ABŞ-nin Yaxın Şərq sülh prosesi ilə bağlı mövqeyini kəskin tənqid edərək, bunu son dərəcə qəbuledilməz və beynəlxalq hüquqa zidd adlandırıb.

“ABŞ İsrailə qeyd-şərtsiz dəstək verməkdə davam edir - istər silah tədarükü, istər maliyyə, istər diplomatik, istərsə də siyasi yardım məsələlərində. Belə mövqe çox məyusedicidir”, - o deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью