Səfir Rəşad Məmmədov azərbaycanlı tələbələrlə görüşəcək

05.11.2026

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Özbəkistanda təhsil alan azərbaycanlı tələbələrlə görüş keçiriləcək.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Özbəkistandakı səfirliyi yayıb. Bildirilib ki, görüş noyabrın 7-də baş tutacaq. Görüş Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olacaq.
Məlumata görə, Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun Özbəkistanda təhsil alan azərbaycanlı tələbələrlə görüşü keçiriləcək.
Görüşün məqsədi tələbələrin təhsil şəraiti, akademik fəaliyyəti, qarşılaşdıqları çətinliklər və gələcək perspektivləri ilə yaxından tanış olmaq, onların fikir və təkliflərini dinləmək, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmaqdır.
"Özbəkistanda təhsil alan bütün azərbaycanlı tələbələri görüşdə iştirak etməyə dəvət edirik".- deyə məlumatda bildirilir.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью