Səfir: Rusiyanın 3 illik işini 3 gündə gördük VİDEO

19.06.2025

Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu sözləri İsrailin ABŞ-dəki səfiri Yexiel Leyter özünün "X" hesabında yazıb. O, İsrailin İran ərazisindəki nüvə və raket obyektlərinə qarşı hərbi əməliyyatı ilə Rusiya-Ukrayna müharibəsi arasında müqayisə apararaq, İsrailin qısa müddət ərzində çatdığı nailiyyətləri vurğulayıb.
"Rusiyanın Ukraynada düz üç ildə (2022-ci ilin fevralından bəri - red.) görə bilmədiyi işləri biz İranda cəmi üç gündə həyata keçirdik. Nəzərə alsaq ki, İran həm ərazisinə, həm də əhalisinə görə İsraildən xeyli böyükdür, digər tərəfdən isə, əksinə, Rusiya isə Ukraynadan çox böyükdür, onda bu daha maraqlı mənzərə ortaya qoyur", - səfir söyləyib.


Leyter İsrailin əməliyyatda ABŞ hərbi təyyarələrindən istifadəsini də dolayı yolla təsdiqləyib.
"İsrail Hərbi Hava Qüvvələri bizə göstərir ki, israilli pilotlarla ABŞ-yə məxsus "F-35"lərin tandemi çox uğurlu kombinasiyadır. Bu səmərəli işi alqışlayıram", - o deyib.
Yaxın Şərq, yaxın keçmiş: İraq ssenarisi İranda təkrarlana bilərmi?
Xatırladaq ki, iyunun 13-dən etibarən İsrail və İran arasında qarşılıqlı raket hücumlarına əsaslanan gərgin münaqişə başlayıb. İsrail əsasən İran ərazisindəki nüvə və raket obyektlərini hədəfə alaraq sıradan çıxarır. İran isə gecə saatlarında İsrailin Tel-Əviv və Heyfa şəhərlərini vurub. Hər iki ölkədə ciddi sayda mülki əhali itkisi qeydə alınır. Hazırda ABŞ Ordusunun da İrana birbaşa müdaxiləsi ehtimalı da istisna deyil.
Firudin Həmidli
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью