Səfir Sofiyadakı iqamətgahında ölü tapıldı

22.09.2026

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Portuqaliyanın Bolqarıstandakı səfiri Anna Mariya Ribeyra da Silvanın Sofiyada yerləşən iqamətgahında meyiti tapılıb.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "24 çasa" qəzeti yayıb.

Nəşrin məlumatına görə, 66 yaşlı diplomatın işə gəlməməsindən narahat qalan səfirlik əməkdaşları onu evində ölü vəziyyətdə aşkar ediblər.

Səfirin ölümünə ehtimal edilən səbəb kimi infarkt göstərilir.

Qeyd edək ki, o, 2020-ci ilin dekabr ayından etibarən Portuqaliyanın Bolqarıstandakı səfiri vəzifəsində çalışırdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью