Səfir Tacikistanın MDB yə sədrliyi dövründə görüləcək işləri açıqlayıb | Icma.az
Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Müstəqil Dövlətlər Birliyinə sədrliyimiz dövründə 100-dən çox tədbirin keçirilməsi və MDB-nin fəaliyyətinin mövcud çağırışlara uyğunlaşdırılması istiqamətində addımların atılması nəzərdə tutulur".
APA xəbər verir ki, bunu Tacikistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İlhom Abdurahmon Tacikistanın 2025-ci ildə MDB-yə sədrliyinə həsr olunan mətbuat konfransında söyləyib.
O əlavə edib ki, BMT-də bu qurumla MDB arasında əməkdaşlığa dair qətnamənin qəbulu, eləcə də MDB-yə üzv olan dövlətlər arasında bərpa olunan enerji mənbələrindən, o cümlədən, 2024-2029-cu illər ərzində məişət tullantılarından istifadəyə dair konsepsiyanın inkişafı davam etdiriləcək: "Eyni zamanda MDB-nin beynəlxalq aləmdəki nüfuzunun artırılması da prioritetlər sırasındadır.
Sədrliyimiz dövründə MDB-yə üzv dövlətlər arasında əmtəə mübadiləsinin gücləndirilməsinə də diqqət yetirəcəyik.
Quruma sədrlik etdiyimiz dövrdə MDB-yə üzv olan dövlətlər arasında bərpa olunan enerji mənbələrindən, eləcə də 2024-2029-cu illər ərzində məişət tullantılarından istifadəyə dair konsepsiyanın inkişafı davam etdiriləcək.
O cümlədən nəqliyyat sahəsində MDB dövlətləri arasındakı transsərhəd yollarının modernləşdirilməsi istiqamətində əhəmiyyətli tədbirlərin görülməsinə, humanitar sahədə əlaqələrin genişləndirilməsinə çalışacağıq.
Biz MDB-də gənclər, idman və mədəniyyət sahələrində əməkdaşlığın daha səmərəli olması istiqamətində də tədbirlərin görülməsinə çalışacağıq.
Tam oxu
Xəbəri oxu