Səfir TehranMoskva sazişinin müddətini açıqladı

14.01.2025

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Moskva və Tehran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş 20 illik müddətinə bağlanır.

Bakupost.az xəbər verir ki, bunu TASS-a açıqlamasında İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib.

"Saziş imzalandıqdan sonra İran parlamenti tərəfindən ratifikasiya edilməlidir", – deyə o bildirib.

İran diplomatik nümayəndəliyinin rəhbərinin sözlərinə görə, saziş İran İslam Respublikası parlamenti tərəfindən ratifikasiya edildikdən sonra 20 il müddətində qüvvədə olacaq. Bununla belə, Cəlali müqavilənin avtomatik uzadılıb-uzadılmayacağını dəqiqləşdirməyib.

Lalə, BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью