Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfirinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı sərəncamla Anar Keykavus oğlu Əcəmov isə Niderlandda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
"Cebheinfo.az" xəbər verir ki, A.Əcəmov uzun illər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi sistemində müxtəlif diplomatik vəzifələrdə çalışıb. O, Azərbaycanın Serbiyadakı səfirliyində müşavir, daha sonra isə Monteneqrodakı diplomatik nümayəndəliyində müşavir vəzifəsində fəaliyyət göstərib.
2018-ci ildə o, Azərbaycanın Monteneqrodakı müvəqqəti işlər vəkili kimi fəaliyyətə başlayıb.
Diplomatın qardaşı Ayaz Əcəmov hazırda SOCAR-ın Baş ofisində Qaz Əməliyyatları departamentində böyük mühəndis vəzifəsində çalışır.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin