Səfir: Türkiyə Azərbaycan əməkdaşlığı üçün davamlı şəkildə çalışırıq

14.05.2025

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıq tək siyasi və iqtisadi sahəni təşkil etmir.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin “Gənclik kampusu”nda yaradılmış “Bilim Maarif” atelyesinin açılışında deyib.

Səfirin sözlərinə görə, iki ölkə arasındakı bağlar hərtərəflidir:

“Biz də əməkdaşlığın inkişafı və iş birliklərinin artırılması üçün davamlı şəkildə çalışırıq. Bu mənada, digər qurumlara hər zaman dəstək verməyə hazır olduğumuzu da ifadə etmək istəyirəm”.

Birol Akgün Azərbaycan və Türkiyə arasındakı bu cür əməkdaşlıq və layihələrin uşaqların gələcəyi üçün önəmli olduğunu da diqqətə çatdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью