Səfir: Ukrayna Azərbaycana ixracı 15 % artırıb

25.11.2024

Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu ilin yanvar-oktyabr aylarında Ukrayna və Azərbaycan arasında ticarət dövriyyəsi 408 milyon ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 6 % çoxdur.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev bu ölkənin Dövlət Gömrük Xidmətinə istinadən bildirib.

Diplomat qeyd edib ki, 10 ay ərzində Ukraynadan Azərbaycana ixracın həcmi 15,1 % artıb.

"Bu, iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmləndiyini və Azərbaycan bazarında Ukrayna məhsullarına tələbatın artdığını təsdiqləyir", - Y.Qusev vurğulayıb.

Ukraynadan Azərbaycana ixracın strukturuna ət və ət məhsulları (quş və iribuynuzlu mal-qara əti), qara metaldan hazırlanan məmulatlar, texniki mallar, kakao, şəkər və qənnadı məmulatları daxildir.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью