Səfir: Ukrayna Azərbaycanla hərtərəfli əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiqdir |…
Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığı yüksək qiymətləndirir.
APA xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev ölkəsinin Birlik Günü münasibətilə məqaləsində bildirib.
Onun sözlərinə görə, bu, qarşılıqlı hörmət, etimad və beynəlxalq hüququn fundamental normaların ortaq sədaqət prinsiplərinə əsaslanır.
Diplomat qeyd edib ki, Azərbaycan ardıcıl şəkildə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və mühüm humanitar yardım göstərir: “Bu həftə Prezident İlham Əliyevin tapşırığı ilə Ukraynaya növbəti humanitar yardım partiyası göndərildi.
Bu yardıma güclü generatorlar, transformatorlar, elektrik kabelləri və aşağı gərginlikli panellər daxildir.
Biz Azərbaycan rəhbərliyinə və xalqına Ukraynaya çətin dövrdə göstərilən həmrəyliyə və bu əhəmiyyətli dəstəyə, habelə zərər çəkmiş regionlardan olan ukraynalı uşaqlar üçün sağlamlaşdırma və reabilitasiya proqramına, İrpin şəhərində sosial obyektlərin bərpasına, dərman vasitələrinin, ərzaq məhsullarının, yanacağın və Ukraynanın kritik enerji infrastrukturunun bərpası üçün zəruri avadanlıqların tədarükünə görə səmimi minnətdarlığımızı bildiririk”.
Yuriy Husyev vurğulayıb ki, Ukrayna da öz növbəsində hər zaman Azərbaycanı, onun suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləməkdə davam edir.
Tam oxu
Xəbəri oxu