Səfir: Ümidvarıq ki, Rusiya vətəndaşı da tezliklə

20.01.2025

Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu barədə səfirliyin "X" hesabında bəyanat verilib. Bəyanata əsasən, səfir Qəzza zolağında 15 ay əsir saxlanılan üç israilli qadının: Romi Qonen, Emili Damari və Doron Şteynbreçerin azadlığa çıxmalarını məmnuniyyətlə qarşıladığını bildirib.
"Ümidvarıq ki, həmyerlimiz Aleksandr Trufanov da yaxın vaxtlarda sağ-salamat vətənə qayıdacaq. Eyni zamanda, Fələstin tərəfinə daha əvvəl çatdırdığımız digər humanitar müraciətlərin də nəzərə alınacağını gözləyirik. Rusiya münaqişənin ilk günlərindən bəri Qəzzada saxlanılan bütün əsirlərin tezliklə azadlığa buraxılmalarının tərəfdarı kimi regional tərəflərlə əməkdaşlıq aparıb, bu humanitar problemin həlli istiqamətində məqsədyönlü səylər göstərib", - səfir vurğulayıb.
İsrail və HƏMAS arasında ilk əsir mübadiləsi baş tutub - VİDEO
Xatırladaq ki, gecə saatlarında İsrail və HƏMAS qruplaşması arasında əsir mübadiləsinin ilk mərhələsi həyata keçirilib. İsrail həbsxanalarında saxlanılan 90 fələstinli məhbus müqabilində HƏMAS terrorçuları 3 İsrail vətəndaşı qadını əsirlikdən buraxıblar. Səfirin adını çəkdiyi Rusiya vətəndaşı Aleksandır (Saşa) Trufanov isə HƏMAS-ın oktyabrın 7-də İsrailin Nir-Oz qəsəbəsinə hücumu əsnasında ailəsi ilə birlikdə əsir götürülüb, atası isə qətlə yetirilib.
Firudin Həmidli
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью