Səfir: Vaşinqtonla Tehran arasında danışıqlar hələ davam edir

05.06.2026

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

ABŞ və İran tərəfləri arasında danışıqlar prosesi hələ də davam edir.

Bizimyol.info xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazim Cəlali Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPIEF) çərçivəsində mətbuata bildirib.

“Düşünürəm ki, bəli, danışıqlar aparılır”, – deyə səfir müvafiq suala cavab olaraq qeyd edib. Eyni zamanda, o, danışıqların hansı mərhələdə olduğunu açıqlamayıb. “Doğrusu, mənim hələ məlumatım yoxdur. Hələ ki, hansı mərhələdə olması barədə xəbər yoxdur və mən də bu barədə sizə heç bir şey deyə bilmirəm”, – deyə Cəlali əlavə edib.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью