Səfirdən WUF13 könüllülərinə təşəkkür

22.05.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanlı könüllülərin fəaliyyəti və forum iştirakçılarına göstərdikləri dəstək tədbirin uğurlu keçməsində mühüm rol oynayıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi bağlanış mətbuat konfransında Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maria Victoria Romero Caballero bildirib. 

O həmçinin vurğulayıb ki, WUF13-də Meksika geniş nümayəndə heyəti ilə təmsil olunub. 

“Nümayəndə heyətinə şəhərsalma naziri, Mexiko şəhərinin meri, xarici işlər nazirinin müavini və müxtəlif dövlət qurumlarının təmsilçiləri daxil olub.

Meksika artıq WUF14-ə hazırlıq prosesinə başlayır və forumun növbəti sessiyasının uğurla keçirilməsi üçün BMT-Habitat və digər tərəfdaşlarla birgə koordinasiya işləri aparılacaq”.

Səfir onu da əlavə edib ki, bu istiqamətdəki böyük öhdəliyimiz və qətiyyətli mövqeyimiz məhz bu gündən qüvvəyə minir:

“Meksika şəhərinin nümayəndələri olan həmkarlarım BMT-nin UN-Habitat proqramı ilə birgə əməkdaşlığa və koordinasiya işlərinə başlayırlar. Bu fəaliyyət Bakıda keçirilən 13-cü WUF sessiyasının uğurlu modelindən ilhamlanaraq, onun buraxdığı zəngin bazaya və təcrübəyə istinadən həyata keçiriləcəkdir”.

O bildirib ki, ​Latın Amerikası regionunda, daha öncə Kolumbiyada da bu cür mötəbər tədbir reallaşdırılmışdır:

“İndi isə növbəti forumun təşkili bizim qarşımızda böyük və məsuliyyətli bir vəzifə qoyur. Əziz dostlar, hər birinizi Mexiko şəhərində görməkdən məmnunluq duyacağıq.

Meksikada belə bir ifadə var: “Mi casa es tu casa” – yəni “Mənim evim sənin evindir”. Sizi Meksikada gözləyirik”, - deyə səfir nitqini tamamlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью