Səfirimiz İndoneziyanın Azərbaycana yeni təyin olunan səfiri ilə görüşüb

13.10.2025

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Bu gün Cakartada Azərbaycanın İndoneziyadakı səfiri Ramil Rzayev ilə İndoneziyanın Azərbaycana yeni təyin olunan səfiri Bapak Berlian Helmi arasında görüş olub.

Görüş zamanı R.Rzayev yeni səfirə işlərində uğurlar və müvəffəqiyyətlər arzu edib.

Görüşdə İndoneziya ilə Azərbaycan arasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью