Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Tehran polisi Filippin səfirinin iqamətgahına daxil olaraq oğurluq edən şəxsi 24 saatdan az müddətdə müəyyənləşdirərək saxlayıb.
Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Polisin məlumatına görə, şübhəli şəxs həyat yoldaşı ilə birlikdə iqamətgahda təsərrüfat və uşağa baxıcılıq işləri üçün işə götürülüb.
Həmin şəxs evə daxil olduqdan sonra təxminən 5 milyard tümən (18 min 600 dollar) dəyərində qızıl qol saatını oğurlayaraq hadisə yerindən qaçıb. Şübhəli şəxs ilkin ifadəsində səfirin evində baxıcı işlədiyini və aylıq 120 milyon tümən (446 dollar) maaş aldığını bildirib.