Səfirlik: 20 Yanvar şəhidlərinin xatirəsi Ukrayna və Azərbaycanı birləşdirir | Icma.az
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azadlıq üçün canlarından keçən qəhrəmanların xatirəsi Ukrayna və Azərbaycanı birləşdirir.
APA xəbər verir ki, bu barədə Ukrayna səfirliyinin sosial şəbəkə hesabında 20 Yanvar hadisələrinin ildönümü ilə bağlı başsağlığı mesajında qeyd olunub.
“Biz Azərbaycan xalqı ilə həmrəyik və günahsız qurbanların parlaq xatirəsi önündə dərin ehtiramla baş əyirik.
Azadlıq uğrunda öz həyatlarından keçən qəhrəmanların xatirəsi Ukrayna və Azərbaycanı birləşdirir, eləcə də xalqlarımız arasında qarşılıqlı dostluğu gücləndirir.
Bu dostluq suverenlik, ərazi bütövlüyü, müstəqillik və insan şərəfinin təmin olunması üzərində qurulub”, - bildirilib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu