Səfirliyə 48 saat verildi

05.03.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ekvador hökuməti Kubanın Kito şəhərindəki səfiri Basilio Qutyerresi "arzuolunmaz şəxs" (persona non grata) elan edərək ölkəni tərk etməsi üçün ona 48 saat vaxt verib.

"Cebheinfo.az" xəbər verir ki, Ekvador Xarici İşlər Nazirliyinin sosial media platforması "X" vasitəsilə yaydığı bəyanatda kubalı səfir Qutyerresin ölkədə arzuolunmaz şəxs elan edildiyi bildirilib.

Açıqlamada Qutyerres daxil olmaqla, Kubanın bütün diplomatik heyətinin 48 saat ərzində Ekvadoru tərk etməsinin istənildiyi və bu qərarın Kuba rəsmilərinə çatdırıldığı ifadə edilib.

Yerli mətbuatda yer alan xəbərlərə görə, Ekvador Prezidenti Daniel Noboanın təlimatı ilə Havana səfiri də geri çağırılıb və Kuba ilə diplomatik münasibətlərin kəsilməsi prosesinə başlanılıb. Xəbərdə, həmçinin paytaxt Kitodakı Kuba Səfirliyi ətrafında ağır silahlı çox sayda hərbçi və polisin patrul xidməti apardığı deyilir.

Noboanın Kuba ilə bağlı qəbul etdiyi qərar ABŞ-də keçiriləcək və Prezident Donald Trampın da iştirak edəcəyi Latın Amerikası liderlərinin sammiti ərəfəsinə təsadüf edib. Ekvador rəhbərliyi son vaxtlar Vaşinqtonla münasibətlərini gücləndirərkən, xarici siyasətdə ABŞ-yə yaxın bir xətt izləyir.

Noboa hökuməti daha əvvəl də Venesuela, Meksika və Nikaraqua ilə diplomatik əlaqələri kəsmək qərarı almışdı.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью