Səfirliyimiz önündə təxribat: Onlar məsuliyyəti öz üzərinə götürdü

27.08.2026

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Moskvada Azərbaycan səfirliyinin qonaq evinin qarşısında keçirilən təxribat xarakterli aksiyaya görə məsuliyyəti Eduard Limonovun yaratdığı “Milli Bolşevik Partiyası”nın tərəfdarları üzərinə götürüblər.

Axar.az xəbər verir ki, onlar səfirliyin qarşısında Azərbaycan əleyhinə plakatlar yerləşdiriblər. Plakatlarda “Rus vətəndaşlarından əl çəkin!”, “Rus qanı sizin əllərinizdədir!” və digər absurd şüarlar yer alıb.

Qeyd edək ki, hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi etiraz bəyanatı yayaraq Rusiya Federasiyasının aidiyyəti qurumlarından bu kimi təxribatçı əməllərə lazımi hüquqi qiymət verməyə, insidentin hərtərəfli araşdırılmasını təmin etməyə və bu cür halların təkrarlanmasının qarşısını almaq üçün zəruri tədbirlər görməyə çağırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью