Şəhadət barmaqlarınızı birləşdirin və... SAĞLAMLIQ TESTİ

15.10.2026

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bəzi çox sadə testlər ciddi xəstəlikləri aşkar etməyə kömək edir.

Belə testlərdən biri Şamrot testidir. Saglamolun.az bildirir ki, bu testi özünüz ev şəraitində edə bilərsiniz.

Testi etmək üçün şəhadət barmaqlarınızı şəkildə göstərildiyi kimi birləşdirin. Dırnaqlar arasında rombşəkilli açıq yer qalmalıdır. Onu "Şamrot pəncərəsi" də adlandırırlar. Əgər "pəncərə" varsa, bu normaldır.

Pəncərə yoxdursa, bu bəzi ürək-damar sistemi (xüsusən endokardit) və ağciyər xəstəliklərinin əlaməti sayılır.

Məsələ burasındadır ki, ürək-damar xəstəlikləri zamanı dırnaqlar qabarıq olur (saat şüşəsinə bənzəyir), barmaqların ucları yoğunlaşır. Tibdə buna "baraban çubuqları simptomu" deyilir. Bu çox dəqiq simptom sayılır.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью