Şəhd qardaşı: Mən həm qardaşımı, həm dostumu, həm də döyüş yoldaşımı itirdim

06.11.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 6 noyabr, AZƏRTAC

Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi ailələrinin, doğmalarının qəlbində daim yaşayır. Əsədin itkisi isə təkcə qardaş itkisi deyil, həm də ən yaxın dost, çiyin-çiyinə döyüşdüyüm silahdaşımı itirmək hissidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında şəhid Əsəd Ələsgərovun qardaşı Rasim Ələsgərov deyib.

“Əsəd mənim həm qardaşım olub, həm dostum. Biz əsgər yoldaşı olmuşuq, bir yerdə döyüşmüşük. Onun itkisi mənim üçün üçqat ağırdır – həm qardaşımı, həm dostumu, həm də əsgər yoldaşımı itirmişəm. Əsəd şəhid olandan sonra elə bil özümü həyatda hiss etmirəm. Belə bir qardaşın, belə bir dostun yoxluğu çox ağırdır”, - deyə o bildirib.

Rasim deyib ki, Əsəd Azərbaycanın işğaldan azad olunan torpaqlarının bir çoxunda – Laçında, Ağdərədə, Qubadlıda, Kəlbəcərdə və digər istiqamətlərdə gedən döyüşlərdə iştirak edib. O, 1991-ci ildə könüllü olaraq Milli Ordunun sıralarına qoşulub, Ağdam, Şuşa, Qubadlı, Laçın və Ağdərə uğrunda döyüşlərdə əsl qəhrəmanlıq göstərib. Əsəd 1993-cü il martın 20-də Ağdam rayonunun Paprəvənd kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. O, Şəhidlər xiyabanında dəfn edilib.

“Əsəd bu torpaqlar uğrunda canından keçdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”, – deyə Rasim Ələsgərov qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью