Medicina saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sosial şəbəkələrdə populyarlaşan “səhər 3 xurma” vərdişinin həzmə və qan şəkərinə faydalı olduğu bildirilir.
Medicina.az xəbər verir ki, xurma liflə zəngin olduğundan bağırsaqların fəaliyyətinə kömək edə bilər.
Xurmanın tərkibindəki liflər qlükozanın qana daha yavaş keçməsinə də yardım edir. Lakin xurmanın şəkər və karbohidrat miqdarı yüksək olduğundan porsiyaya diqqət etmək vacibdir. Xüsusilə iri Medjool xurmalarının üçü 50 qramdan çox karbohidrat ehtiva edə bilər.
Mütəxəssislər bildirirlər ki, xurmanı mütləq acqarına və səhər yemək şərt deyil. Həssas bağırsağı olanlarda isə bir neçə xurma şişkinlik və narahatlıq yarada bilər.
Xanım,
Medicina.az