Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Donetsk vilayətinin Toretsk şəhərində şiddətli döyüşlər davam edir, Rusiya ordusu hər gün 100-ə qədər hərbçisini itirir.
Ölkə.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ukrayna ordusunun “Luqansk” əməliyyat-taktiki qoşun qrupunun sözçüsü Anastasiya Bobovnikova məlumat verib.
O qeyd edib ki, ruslar Toretsk istiqamətində aktiv hücumlar həyata keçirirlər: “Düşmən inanılmaz sürətlə irəliləyir.
Ruslar Toretski atəşə tutmaq üçün müxtəlif növ PUA, artilleriya və aviasiyadan istifadə edirlər.
Döyüşlərin aktivliyini buradan təsəvvür edə bilərsiniz: gündəlik 100 nəfərlik itki bütün cəbhə boyu düşmən itkilərinin təxminən 5 faizini təşkil edir”.
Bobovnikova vurğulayıb ki, artıq şəhərdə dinc sakin qalmayıb: “İndi Toretskdə qalmaq mümkün deyil”.
Qrupun sözçüsü onu da etiraf edib ki, Çasiv Yar şəhərində (Donetsk vilayəti) də vəziyyət kifayət qədər təhlükəlidir: “Düşmən xeyli sayda qoşun toplayıb və müxtəlif taktikalardan istifadə etməyə başlayıb.